Eight Group növbəti uğurlu layihəsini təqdim edir — “Ivan & Maria Mərdəkan”
“Ivan & Maria” artıq özünəməxsus konsepsiyası ilə paytaxtın seçilən qastropab məkanlarından birinə çevrilib. Ağ Şəhərdə fəaliyyət göstərən ilk filial qısa müddətdə klassik rus mətbəxinə müasir yanaşması, fərqli atmosferi və yüksək xidmət keyfiyyəti ilə qonaqların rəğbətini qazanıb.
Bu uğurlu konsepsiyanın davamı olaraq, şirkətin yeni layihəsi — “Ivan & Maria Mərdəkan” fəaliyyətə başlayıb.
Yeni məkan zərif interyeri, rahat atmosferi, xüsusi menyusu və canlı musiqi proqramları ilə qonaqlara fərqli istirahət təcrübəsi təqdim edir.
Layihə çərçivəsində geniş açıq terras, böyük zal və ailələr üçün ayrıca uşaq zonası yaradılıb.
“Ivan & Marya” adı eyniadlı çiçəkdən ilhamlanaraq seçilib və yeməklə içkinin harmoniyasını simvolizə edir. Məkanın konsepsiyası da məhz bu ideya üzərində qurulub.
“Ivan & Maria Mərdəkan” layihəsi sadəcə restoran məkanı deyil, dostlarla görüşmək, ailə ilə keyfiyyətli vaxt keçirmək və unudulmaz anlar yaşamaq üçün yaradılmış xüsusi konseptdir.
Eight Group bundan sonra da fərqli yanaşması və keyfiyyət standartları ilə yeni layihələrini təqdim etməyə davam edəcək.